525.Az

ÇL-də həftənin oyunçusu kim olacaq?


 

ÇL-də həftənin oyunçusu kim olacaq?<b style="color:red"></b>

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

525.az xəbər verir ki, bu ada PSJ-dən Usman Dembele və “Atletiko”dan Antuan Qrizmann iddia edir.

Qrizmann "Arsenal"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə sona qədər oynayıb. Lakin fransız futbolçu qol və ya qol ötürməsi ilə fərqlənməyib. Dembele isə "Bavariya"ya 5:4 hesabıilə qalib gəldikləri oyunda iki qol vurub və bir məhsuldar ötürmə  edib. 

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

 





30.04.2026    çap et  çap et