525.Az

Azərbaycanda I rübdə sığortaedənlərin sayı 2,2 milyondan çox olub


 

Azərbaycanda I rübdə sığortaedənlərin sayı 2,2 milyondan çox olub<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 21 196 vahid artaraq 2,2 milyon vahiddən çox olub.

Bu barədə 525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 3 min, fiziki şəxslər üzrə 16,8 min, torpaq mülkiyyətçiləri üzrə isə 1,2 min vahiddən çox artıb.

 





30.04.2026    çap et  çap et