525.Az

Uqandada qayığın aşması nəticəsində ən azı 35 nəfər həlak olub


 

Uqandada qayığın aşması nəticəsində ən azı 35 nəfər həlak olub<b style="color:red"></b>

Uqandanın qərbində, Nquse çayında kanoenin aşması nəticəsində 30-dan çox insan həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Dünən gecə baş verən faciədə cəmi 1 nəfəri xilas etmək mümkün olub. Kanoedəki sərnişinlərin siyahısı olmadığından ölənlərin kimliyi və dəqiq sayı bəlli deyil. Sağ qalanın bildirdiyinə görə qayıqda 35-40 nəfər var imiş.
Xilasedicilər axtarış əməliyyatlarını davam etdirirlər.

Qeyd edək ki, qəzanın baş vermə səbəbi bilinmir. 3 əsas ehtimal var: qayığın yüklənməsi, gecə vaxtı hərəkət və texniki problem.

L.Tağıyeva

 





30.04.2026    çap et  çap et