525.Az

Şahin Bağırov Naxçıvanda vətəndaş qəbulu keçirəcək


 

Şahin Bağırov Naxçıvanda vətəndaş qəbulu keçirəcək<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək.

525.az-ın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Gömrük Komitəsinin sədri Şahin Bağırov mayın 6-da vətəndaş qəbulu keçirəcək.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 





30.04.2026    çap et  çap et