525.Az

Azərbaycan EBRD ilə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib


 

Azərbaycan EBRD ilə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib<b style="color:red"></b>

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Bankın Azərbaycandakı fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər barədə müzakirələr apardıq. Bankın investisiya strategiyasının prioritetlərini, su təchizatı, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpaolunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.

 





30.04.2026    çap et  çap et