525.Az

“Sabah”ın çempionluğu rəsmiləşdi


 

“Sabah”ın çempionluğu rəsmiləşdi<b style="color:red"></b>

“Sabah” tarixində ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi adını rəsmiləşdirib.

525.az xəbər verir ki, bu gün keçirilən 21-ci turun təxirə salınmış “Neftçi” - “Qarabağ” matçında Ağdam klubu uduzub - 1:2.

Beləliklə, Premyer Liqanın bitməsinə 4 tur qalmış “Sabah”la “Qarabağ” arasında xal fərqi 13 olaraq qalıb. Bu isə o deməkdir ki, son 4 turun nəticəsindən asılı olmayaraq “Sabah” Azərbaycan çempionu adını qazanıb.

 





30.04.2026    çap et  çap et