525.Az

İran Dünya çempionatında iştirak edəcək


 

İran Dünya çempionatında iştirak edəcək<b style="color:red"></b>

FİFA prezidenti Canni İnfantino İran millisinin bu yay keçiriləcək mundialda iştirak edəcəyini təsdiqləyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın təqvimə əsasən oyunları ABŞ-də keçirəcəyini də bildirib.

Buna kimi İran Futbol Federasiyasının prezidenti Mehdi Tac İran millisinin mundialdan imtina etməyəcəyini söyləmiş və belə bir təklif irəli sürmüşdü ki, komandanın ABŞ-də keçirməli olduğu matçlar Meksikada oynanılsın. 

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Dzampolli isə ümumiyyətlə, İranıın turnirdən kənarlaşdırılmasını və əvəzinə 3-cü dəfədir ki, mundiala düşə bilməyən İtaliya ilə əvəzlənməli olduğunu təklif etmişdi.

Qeyd edək ki, İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq. Yeni Zelandiya və Belçika ilə  Los-Ancelesdə, Misirlə Sietldə qarşılaşacaq.

L.Tağıyeva

 





01.05.2026    çap et  çap et