525.Az

Diskotekaya görə 140 cücə öldü


 

Diskotekaya görə 140 cücə öldü<b style="color:red"></b>

Hindistanda toyuq ferması yaxınlığında keçirilən toy məclisi 140 cücənin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sultanpura əyalətindəki mərasimdə  musiqinin səsinin yüksək olması üzündən cücələr stress keçirib və ürəkləri partlayıb.

Ferma sahibi musiqiçilərdən polisə şikayət edib. Polis isə öz növbəsində faktla bağlı cinayət işi qaldırıb. Musiqiçilərin səsi qaldırıb-qaldırmamaları araşdırılır.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, yüksək səs toyuqlarda stress yaradır və bu, bəzən onların ölümü ilə nəticələnir.

L.Tağıyeva

 





01.05.2026    çap et  çap et