"Reallıq budur ki, yaxın 5 ildə bir çox ixtisaslar tarixə qovuşacaq. Yeni ixtisaslara isə ciddi ehtiyac yaranacaq. Bu fikirlər fonunda Yaponiyada baş verənlər xüsusilə diqqət çəkir. Hava limanlarında baqaj daşınması və təyyarələrin təmizlənməsi üçün humanoid robotların sınaqlarına başlanılması göstərir ki, avtomatlaşdırma artıq real əməliyyat mühitinə daxil olur".
Bunu 525.az-a təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, ümumilikdə süni intellekt, proseslərin optimallaşdırılması, kənd təsərrüfatında dronların tətbiqi artıq gələcəyin deyil, bu günün reallığıdır:
"Amma unutmamalıyıq ki, bu müasir sistemlərin arxasında yenə də yüksək bilik və bacarıqlara sahib insan dayanır. Yəni ixtisaslar yox olmur - transformasiya olunur. Bu transformasiyaya uyğunlaşmaq üçün yalnız yeni fənlərin tədrisə daxil edilməsi kifayət deyil. Paralel olaraq praktiki bacarıqların inkişafına yönəlmiş ciddi təlim proqramlarına da ehtiyac var".
Sevinc Qarayeva
çap et