Pakistan ordusu Əfqanıstan sərhədi yaxınlığında iki ayrı əməliyyat keçirib.
525.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti yazıb.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, Əfqanıstan sərhədindən ölkə ərazisinə daxil olmağa cəhd edən qrup aşkarlanıb. Hayber Paxtunxva əyalətinin Mohmand bölgəsində aşkar edilən qrupa qarşı keçirilən əməliyyat zamanı 8 silahlı şəxs zərərləsizləşdirilib.
Həmçinin qeyd olunub ki, sərhədi keçməyə cəhd edən daha 5 silahlı Şimali Vəziristan bölgəsində də oxşar şəkildə zərərsizləşdirilib.
İbrahim Cəfərov
çap et