“Pentaqonun hesablamalarının əksinə olaraq, ABŞ İrana qarşı hücumlara təxminən 100 milyard dollar xərcləyib və bunun Amerika xalqı üçün dolayı xərcləri daha da böyük olub”.
525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.
“Pentaqon yalan danışır. Netanyahunun avantürası artıq Amerikaya 100 milyard dollara başa gəlib ki, bu da bildirilən məbləğdən dörd dəfə çoxdur. Amerikalı vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir. Hər bir Amerika ailəsi üçün aylıq ödəniş 500 dollardır və sürətlə artır", - Əraqçi bildirib.
Onun sözlərinə görə, "İsrail birinci" yanaşması o deməkdir ki, Amerika sonuncu növbədədir.
Pərvanə Sultanova
çap et