525.Az

"Ötən il İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub" -  Rüfət Mahmud


 

"Ötən il İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub" - <b style="color:red"> Rüfət Mahmud</b>

"İçərişəhər artıq sadəcə tarixi məkan deyil. O, eyni zamanda tədbir və festivalların keçirildiyi aktiv bir platformaya çevrilib. Ötən il ərzində İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub. Bu il isə daha zəngin proqram nəzərdə tutulub"

525.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud səsləndirib.

O bildirib ki, proqram çərçivəsində Xalça Festivalı xüsusi yer tutur. Növbəti iki gün ərzində İçərişəhərdə hökm sürəcək bayram ab-havası ziyarətçiləri cəlb edəcək. Festivalın çox maraqlı proqramı var.

 





01.05.2026    çap et  çap et