Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.
525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər İran və ABŞ arasında danışıqların hazırkı vəziyyətini müzakirə edib.
Əraqçi, həmçinin bir sıra Yaxın Şərq ölkələrinin, o cümlədən Misir, İraq, Qətər, Səudiyyə Ərəbistanı XİN başçıları ilə də telefon danışığı aparıb. O, həmkarlarını İranın mövqeyi və müharibəyə son qoymaq üçün son təşəbbüslər barədə məlumatlandırıb.
Pərvanə Sultanova
çap et