525.Az

"Azərbaycandan benzin tədarükü qiymət artımının qarşısını alıb" -  Papoyan


 

"Azərbaycandan benzin tədarükü qiymət artımının qarşısını alıb" - <b style="color:red"> Papoyan</b>

"Azərbaycandan gələn benzin Yaxın Şərqdəki hadisələr və enerji bazarındakı gərginlik fonunda Ermənistanda qiymət artımının qarşısını almağa kömək edib".

525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əvvəllər qlobal yanacaq qiymətləri 10 faiz artanda, Ermənistanda artım 50 faiz səviyyəsində olurdu.

“Hazırkı vəziyyət tamamilə əksinədir - benzinin qiyməti dünya miqyasında əhəmiyyətli dərəcədə artıb, lakin qonşu ölkədən tədarük səbəbindən Ermənistanda bu, cüzidir”, -erməni rəsmi deyib.

Əlavə edib ki, bu tədarük olmasaydı, qiymətlər bir neçə yüz dram (cari məzənnə ilə 1 dollar -376 dram) artardı.

Pərvanə Sultanova

 





01.05.2026    çap et  çap et