525.Az

Kürdəxanını "8-ci km" bazarı ilə əlaqələndirən avtobuslar yenilənir


 

Kürdəxanını "8-ci km" bazarı ilə əlaqələndirən avtobuslar yenilənir<b style="color:red"></b>

Sabahdan Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini metronun "Neftçilər" stansiyası və "8-ci kilometr bazarı" ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

525.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.

 





01.05.2026    çap et  çap et