525.Az

Azərbaycanın bu cüdoçuları "Böyük Dəbilqə"ni medalsız başa vurdular


 

Azərbaycanın bu cüdoçuları "Böyük Dəbilqə"ni medalsız başa vurdular<b style="color:red"></b>

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.

525.az xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışın ilk gününü medalsız başa vurublar.

Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetsə uduzub. 

 Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) da medal qazanmaq şansını itiriblər.

Xatırladaq ki, bu gün start götürən "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

 





01.05.2026    çap et  çap et