“Bu gün dünyanın demək olar ki, bütün şəhərlərində eyni problem var. Bilet gəlirləri nəqliyyat sisteminin xərclərini tam qarşılamır. Orta hesabla bu gəlirlər yalnız 50–60 faiz səviyyəsindədir. Qalan hissə isə ya dövlət büdcəsindən subsidiya ilə, ya da əlavə mənbələrlə bağlanır. Bu isə uzunmüddətli perspektivdə dayanıqlı model deyil. Bəs çıxış yolu nədir? Cavab aydındır - tarifdənkənar gəlirlər və ya kommersiyalaşma”.
Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspert vurğulayıb ki, bu modellər sübut edir ki, ictimai nəqliyyat yalnız daşınma xidməti deyil. O, şəhər iqtisadiyyatının aktividir. Ən uğurlu sistemlər -stansiya ticarəti, daşınmaz əmlak, reklam və rəqəmsal xidmətlər üzərində qurulub:
“Niyə bu, bizim üçün vacibdir? Tarifləri sonsuz artırmaq mümkün deyil, büdcə resursları məhduddur. Şəhər böyüyür, xərclər artırş Əgər əlavə gəlir mənbələri yaradılmasa xidmət keyfiyyəti düşəcək subsidiyalardan asılılıq artacaq, inkişaf layihələri gecikəcək: “Bizdə əsas problem budur ki, mövcud potensiala baxmayaraq kommersiyalaşma sistemli şəkildə tətbiq olunmur, operatorların aktivlər üzərində səlahiyyətləri məhduddur, reklam və icarə bazarında inzibati məhdudiyyətlər mövcuddur stansiya ətrafı inkişaf (TOD) demək olar ki, istifadə olunmur. Kommersiyalaşmanın inkişafı üçün bur sıra məhdudiyyətlər aradan qaldırılmalı, operatorlara infrastruktur üzərində daha geniş kommersiya hüquqları verilməlidir. Stansiya və dayanacaqlarda icarə və ticarət fəaliyyəti sadələşdirilməlidir. Reklam bazarında daha çevik və bazar əsaslı mexanizmlər tətbiq olunmalıdır, stansiya ətrafı tikinti və inkişaf layihələrində nəqliyyat operatorlarının iştirakı təmin edilməlidir. İctimai nəqliyyatın gələcəyi təkcə relslər və avtobuslarla deyil, onların ətrafında qurulan iqtisadi model ilə müəyyən olunur. Ən güclü sistemlər sərnişin daşıyır paralel olaraq gəlir yaradır, həmin gəliri yenidən xidmətə yatırır və məhz bu dövrü model onları dayanıqlı edir”.
Sevinc Qarayeva
çap et