525.Az

Ser Aleks Ferqusson xəstəxanaya yerləşdirildi


 

Ser Aleks Ferqusson xəstəxanaya yerləşdirildi<b style="color:red"></b>

İngiltərənin "Mançester Yunayted" komandasının sabiq çalışdırıcısı Ser Aleks Ferqusson dünən xəstəxanaya yerləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünən "Old Trafford"da keçirilən "Mançester Yunayted" - "Liverpul" matçı zamanı özünü pis edib.

Xəstəxanaya yeləşdirilərkən onun huşu üstündə olub. Yeganə məlum olan budur ki, Ferqusson həkim müayinəsindən keçib və vəziyyəti normallaşıb.

Yeri gəlmişkən, oyun 3:2 hesabı ilə "Mançester Yunayted"in xeyirinə başa çatıb.

L.Tağıyeva

 





04.05.2026    çap et  çap et