Dünən gecə Londonun cənubunda naməlum şəxs insanlara odlu silahlardan atəş açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 4 nəfər yaralanıb.
Onlardan birinin - 25 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.
London polisinin məlumatına görə, naməlum şəxs hərəkətdə olan avtomobildən insanlara atəş açıb və hadisə yerindən uzaqlaşa bilib. Onların axtarışı hələlik bir nəticə verməyib.
L.Tağıyeva
çap et