525.Az

ABŞ-də buraxılış gecəsində silahlı insident


 

ABŞ-də buraxılış gecəsində silahlı insident<b style="color:red"></b>

İndiana ştatının İndianapolis şəhərində məktəblərin birinin buraxılış gecəsində silahlı insident yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə dünən gecə baş verib. Olay yerinə gələn polis 2 nəfər yaralını xəstəxanaya çatdırsa da, onlardan biri keçinib. Sonradan məlum olub ki, digər 2 yaralı özləri xəstəxanaya müraciət ediblər.

Hadisənin motivləri bəlli deyil, kim və ya kimlər  tərəfindən törədildiyi araşdırılır.

L.Tağıyeva

 





04.05.2026    çap et  çap et