525.Az

"Bitcoin"in qiyməti 80 min dolları ötüb


 

"Bitcoin"in qiyməti 80 min dolları ötüb<b style="color:red"></b>

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.

525.az xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın kapitallaşması son 24 saatda 2,27% artaraq 2,65 trln. dollar olub.

“Bitcoin”in qiyməti 2,31% artaraq 80 017,54 dollar təşkil edib. Son 7 gündə isə aparıcı kriptovalyutanın qiyməti 2,51% yüksəlib.

“Ethereum” 3,38% bahalaşaraq 2 380,32 dollara, BNB 2,60% bahalaşaraq 632,17 dollara, “Bitcoin Cash” 1,07% dəyər qazanaraq 448,63 dollara bərabər olub.

 





04.05.2026    çap et  çap et