525.Az

İspaniyanın Baş nazirinin təyyarəsi Ankaraya təcili eniş etdi


 

İspaniyanın Baş nazirinin təyyarəsi Ankaraya təcili eniş etdi<b style="color:red"></b>

Avropa Siyasi Birliyinin iclası üçün Ermənistanın paytaxtı İrəvana gedən İspaniya Baş naziri Pedro Sançezin təyyarəsində texniki nasazlıq yaşanıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də , A310 təyyarəsi Ankaraya təcili eniş etməli olub.

Nasazlığın ciddi olmadığı bildirilir. Gecəni Esenboğa Hava Limanı Dövlət Qonaq Evində keçirən Sançez, səfərinə İspaniyadan göndərilən yeni təyyarə ilə davam edəcək.

İbrahim Cəfərov

 





04.05.2026    çap et  çap et