Keniyada bir neçə gündür yağan güclü yağışlar fəsadlar törədib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Hakimiyyət orqanları Kvale bölgəsindəki Mvena körpüsünə və Kitui bölgəsindəki Nqomeni körpüsünə ziyan dəydiyini açıqlayıb.
Daşqınlar nəticəsində 10 nəfər həyatını itirib.
Meteorologiya departamenti güclü yağışların davam edəcəyi və axtarış-xilasetmə qruplarının bölgədə işlərini davam etdirəcəyi barədə xəbərdarlıq edib.
İbrahim Cəfərov
çap et