Hindistanda dördmərtəbəli binada yanğın baş verib.
525.az “India Today” qəzetinə istinadən xəbər verir ki, yanğın səhər tezdən Hindistanın paytaxtı Yeni Dehlinin Vivek Vihar ərazisindəki dördmərtəbəli yaşayış binasında başlayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib.
Yanğında 9 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yanğının kondisionerin partlaması nəticəsində baş verdiyi ehtimal olunur.
Səlahiyyətlilər birinci mərtəbədə başlayan yanğının yuxarı mərtəbələrə yayıldığını və genişmiqyaslı xilasetmə əməliyyatının davam etdiyini bildiriblər.
Binadan təxminən 15 nəfər xilas edilib və yaralılardan bəziləri müalicə üçün xəstəxanaya aparılıblar.
İbrahim Cəfərov
çap et