525.Az

"Azərbaycana və Ermənistan sabit, davamlı sülh arzulayıram" - Zelenski


 

"Azərbaycana və Ermənistan sabit, davamlı sülh arzulayıram" - <b style="color:red"> Zelenski</b>

“Azərbaycana və Ermənistana sabit, hərtərəfli, davamlı sülh arzulayıram”.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin Zirvə toplantısında deyib. 

O qeyd edib ki, Ukrayna prezidentinin Ermənistana səfəri əlamətdar hadisədir, çünki bu səfər 24 ildə ilk dəfədir baş tutur. 

“Çağırışlar aydındır. Əvvəla, İrandakı müharibə hələ həll olunmayıb və bu, uzunmüddətli qeyri-sabitliyə səbəb ola bilər. Buna görə də ilk növbədə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığımız səmimi olmalıdır və bir-birimizə qışa hazırlaşmaqda və enerji çətinliklərinin öhdəsindən gəlməkdə kömək etməliyik, eləcə də Hörmüz boğazı və İran xalqı üçün uzunmüddətli həll yolu tapmaq üçün çalışmalıyıq", - Zelenski deyib.

Ukrayna prezidenti, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna və Avropaya qarşı müharibəsi davam edir. Bu yay Rusiya tərəfi növbəti addımı müəyyən edəcək: müharibəni genişləndirmək, yoxsa diplomatiyaya müraciət etmək. Rusiya bu müharibəyə son qoymasa, nə edəcəyimizə diqqət yetirməliyik.

Pərvanə Sultanova

 





04.05.2026    çap et  çap et