525.Az

Kanadanın Baş naziri Azərbaycan-Ermənistan sülh prosesini alqışlayır


 

Kanadanın Baş naziri Azərbaycan-Ermənistan sülh prosesini <b style="color:red"> alqışlayır</b>

“Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə edilən irəliləyişi alqışlayıram”.

525.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə videobağlantı vasitəsilə iştirakını yüksək qiymətləndirdiyini əlavə edib.

Baş nazir bildirib ki, ortaq dəyərlər ortaq prioritetləri müəyyən edir. Kanada bu dəyərləri ardıcıl olaraq dəstəkləyir.

Mark Karni vurğulayıb ki, Kanada rəqəmsal texnologiyalardan müdafiəyə, təchizat zəncirlərindən təhlükəsizliyə qədər daha dərin münasibətlər qurmaq üçün tərəfdaşları ilə əməkdaşlıq edir.

Pərvanə Sultanova

 





04.05.2026    çap et  çap et