525.Az

ABŞ rəsmisi İran raketlərinin gəmini vurmasını təkzib edir


 

ABŞ rəsmisi İran raketlərinin gəmini vurmasını təkzib edir<b style="color:red"></b>

Vaşinqton administrasiyasının rəsmisi İran raketlərinin Amerika gəmisini vurması barədə məlumatları təkzib edib.

525.az xəbər verir ki, bu barədə "Axios"un əməkdaşı Barak Ravid "X" hesabında yazıb.

"Yüksək vəzifəli Amerika rəsmisi ABŞ gəmisinin İran raketləri ilə vurulmasına dair xəbəri təkzib edib", - o bildirib.

Daha əvvəl Fars agentliyi İran qüvvələrinin xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazından keçməyə çalışan Amerika gəmisinə raket zərbəsi endirdiyini yazıb. Agentliyin məlumatına görə bundan sonra gəmi geri dönməyə məcbur olub.

Pərvanə Sultanova

 





04.05.2026    çap et  çap et