Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
525.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasında münasibətlər müzakirə olunub. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər", - açıqlamada deyilir.
Xatırladaq ki, Gürcüstan və Ukrayna rəsmiləri 2021-ci ildən bəri görüşməyiblər. 2021-ci ilin avqust ayında o vaxtkı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Kiyevə rəsmi səfəri zamanı onun Zelenski ilə görüşü oub.
Pərvanə Sultanova
çap et