525.Az

ABŞ Almaniyadan qoşunlarını çıxarmaq üçün hazırlıqlara başlayıb


 

ABŞ Almaniyadan qoşunlarını çıxarmaq üçün hazırlıqlara başlayıb<b style="color:red"></b>

ABŞ Almaniyadan qoşunlarının ilk hissəsini çıxarmağa hazırlaşır. Söhbət Filsek yaxınlığındakı bazada yerləşən mexanikləşdirilmiş briqadadan gedir.

525.az xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, briqada Stryker zirehli maşınları ilə təchiz olunub.

Almaniyada yerləşən təxminən 40 min ABŞ əsgərindən 26 minə yaxını bu ərazidə yerləşir. ABŞ-dan kənarda ən böyük Amerika təlim poliqonu orada yerləşir.

Aprelin 29-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini azaltmağı düşünür və tezliklə qərar verəcək. O, yalnız Almaniyada deyil, həm də İtaliya və İspaniyada da qoşun sayını azalda biləcəyini bildirib

Pərvanə Sultanova

 





04.05.2026    çap et  çap et