525.Az

Almaniyada avtomobil insan kütləsinə çırpıldı


 

Almaniyada avtomobil insan kütləsinə çırpıldı<b style="color:red"></b>

Leypsiq şəhərində avtomobil bir qrup insanı vurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında şəhərin mərkəzi küçələrinin birində baş verib.

Qəzanın baş vermə səbəbləri və sürücünün kimliyi barədə məlumat verilmir. Yerli polisdən yalnız xəsarət alanların olduğu bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə yerdə bir neçə nəfərin uzanıqlı qaldığı, bir neçə təcili tibbi yardım avtomobilinin olduğu görünür. Danışıqlardan isə belə anlamaq olur ki, qəza zamanı bir neçə nəfər həyatını itirib.

L.Tağıyeva

 





05.05.2026    çap et  çap et