Dünən Əl-Fucayra əmirliyindəki Neft Emalı Zavodunda partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış güclü yanğınla müşayiət olunub.
Yerli hakimiyyət orqanlarından "Əl Cəzirə"yə verilən məlumata görə, partlayış İran tərəfindən göndərilən PUA olub. Hadisənin detalları barədə əlavə bilgi yoxdur.
Qeyd edək ki, hadisə yerinə gələn yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alıblar və yanğını qısa zamanda söndürə biliblər.
L.Tağıyeva
çap et