525.Az

"Bakı İtaliya üçün ixrac qaz  həcmlərini artıra bilər" - İlham Şaban


 

"Bakı İtaliya üçün ixrac qaz  həcmlərini artıra bilər" - <b style="color:red">İlham Şaban</b>

"İtaliya Baş naziri İrəvanda tədbir iştirakçıları üçün təşkil edilmiş şam ziyafətinə qalmadı, Bakıya gəldi. Çünki burada QAZLI danışıqlar da, sövdələşmələr də daha realdır".

Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, bu yaxınlarda Qəbələyə səfər edən Çexiya Baş naziri də Azərbaycandan ildə 2 mlrd m3 qaz almaq məsələlərinə diplomatikcəsinə toxunmuşdu. Rəsmi Praqa bildirmişdi ki, Azərbaycan tərəfi ilə danışıqlar gedir, amma yekunlaşmayıb:

"Məncə, rəsmi Bakı İtaliya üçün ixrac qaz  həcmlərini artıra bilər. Ötən il İtaliya Azərbaycandan TAP kəməri vasitəsi ilə 9,5 mlrd m3 qaz idxal edib (İtaliya qaz bazarında Azərbaycanın payı 16% təşkil edib). Bu baxımdan Azərbaycan "Abşeron-2" layihəsi üzrə qazın çıxarılmasını (2029-cu ilin sentyabrına gözlənilir) gözləmədən bunu edə bilər. Nəyin hesabına? İki real mənbə var: bu yaxınlarda "Azəri-Çıraq-Günəşli" blokundan çıxarılması gözlənilən ilk təbii qaz və "yaşıl enerji" mənbələri üzrə elektrik enerjisi artdıqca, elekrrik enerji sektorunda qənaət ediləcək qaz həcmlərindən".

Sevinc Qarayeva 

 





05.05.2026    çap et  çap et