525.Az

Çində fabrikdə partlayış - 26 ölü, 61 yaralı


 

Çində fabrikdə partlayış -<b style="color:red"> 26 ölü, 61 yaralı</b>

Çinin cənubundakı Hunan əyalətində fişəng fabrikində partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 26 işçi ölüb, 61 nəfər yaralanıb. Hakimiyyət orqanları ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Çin Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin gücləndirilməsi və hadisə ilə bağlı tez bir zamanda araşdırma aparılması ilə bağlı göstəriş verib. O, həmçinin kritik sektorlarda potensial risklərin araşdırılmasına, ictimai təhlükəsizlik idarəçiliyinin gücləndirilməsinə və ictimai təhlükəsizliyin təmin edilməsinə çağırış edib.

İbrahim Cəfərov

 





05.05.2026    çap et  çap et