525.Az

Moskvada mobil internet kəsilib


 

Moskvada mobil internet kəsilib<b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskvada 5-9 may tarixlərində keçiriləcək "Qələbə Günü" tədbirlərindən əvvəl mobil internet və SMS xidmətləri kəsilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin telekommunikasiya şirkətləri dünən abunəçilərini bu barədə məlumatlandırıblar. Şəhər sakinləri yalnız "ağ siyahı" adlandırılan müəyyən internet xidmətlərinə daxil ola biliblər.

Kremlin sözçüsü Dmitri Peskov məhdudiyyətlərin təhlükəsizlik tədbiri olaraq tətbiq olunduğunu bildirib.

Bu arada, son zamanlar Ukraynanın Moskvanı hədəf alan dron hücumlarında artım müşahidə olunub, dünən şəhər mərkəzindəki çoxmərtəbəli binaya dron zərbəsi endirilib. Bu gün isə Rusiya Müdafiə Nazirliyi Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində 289 Ukrayna pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

İbrahim Cəfərov

 





05.05.2026    çap et  çap et