İsrail hakimiyyəti ABŞ-la İrana qarşı yeni zərbələr endirmək imkanını müzakirə edir.
525.az xəbər verir ki, bu barədə CNN-in İsrail rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail İranın enerji infrastrukturu obyektlərinə və hökumət rəsmilərinə yeni zərbələr endirməyə hazırlıq məqsədilə hərəkətlərini ABŞ ilə əlaqələndirir.
Mənbə bildirib ki, məqsəd İrana təzyiq göstərmək və danışıqlarda daha çox güzəşt əldə etmək üçün qısamüddətli kampaniya aparmaqdır.
Pərvanə Sultanova
çap et