525.Az

Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb


 

Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb<b style="color:red"></b>

Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb.

525.az xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 1,85% və ya 1,89 dollar azalaraq 1 barel üçün 100,38 ABŞ dolları təşkil edib.

Londonun ICE birjasında isə “Brent” markalı neftin iyul fyuçersləri 1,68% və ya 1,85 dollar azalaraq 1 barel üçün 108,02 ABŞ dolları olub.

Neft qiymətlərində azalma investorların Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyi ilə bağlı gözləntiləri və bazarda mənfəət realizasiyası ilə əlaqələndirilir.

 





06.05.2026    çap et  çap et