525.Az

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır


 

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır<b style="color:red"></b>

Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

525.az  bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qurum bəyan edib ki, gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1,4 milyard ABŞ dolları müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 93,3 % çoxdur.

"AMB-nin 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır", - deyə açıqlamada qeyd olunub.

 





06.05.2026    çap et  çap et