525.Az

Tehranda ticarət mərkəzində yanğın - 8 ölü, 36 yaralı


 

Tehranda ticarət mərkəzində yanğın -<b style="color:red"> 8 ölü, 36 yaralı</b>

İranın paytaxtı Tehranın qərbindəki Arguvan Ticarət Mərkəzində şiddətli yanğın baş verib.

525.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində 8 nəfərin ölüb, 36 nəfər isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

İbrahim Cəfərov

 





06.05.2026    çap et  çap et