525.Az

İndoneziyada daşqın - 115 məhəllə su altında qalıb


 

İndoneziyada daşqın - <b style="color:red"> 115 məhəllə su altında qalıb</b>

Güclü yağışlar İndoneziyanın paytaxtı Cakartada çoxsaylı çayların daşmasına səbəb olub.

525.az “Antara News”a istinadən xəbər verir ki, bəzi ərazilərdə suyun səviyyəsi 2,5 metrə çatıb.

Daşqın nəticəsində Cakartanın qərb, şərq və cənub hissələrində 115 məhəllə su altında qalıb.

Xilasetmə qrupları təxliyə işlərini davam etdirir.

İbrahim Cəfərov

 





07.05.2026    çap et  çap et