525.Az

"ABŞ və İran memorandum imzalamağa yaxındırlar"


 

"ABŞ və İran memorandum imzalamağa yaxındırlar"  <b style="color:red"></b>

Vaşinqton və Tehran müharibəyə son qoymaq üçün bir səhifəlik memorandum imzalamağa yaxındırlar.

525.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

Qeyd olunub ki, ABŞ rəhbərliyinin Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını dayandırmaq qərarı danışıqlardakı irəliləyişlə əlaqələndirilir.
Memorandum layihəsi ABŞ-ın 14 maddəlik planına əsaslanır və bu plan regionda hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazında gəmiçilik, İranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi perspektivləri ilə bağlı 30 günlük danışıqların başlanmasını nəzərdə tutur.

Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.

Pərvanə Sultanova

 





06.05.2026    çap et  çap et