525.Az

Simonyan dəvət olunarsa, Azərbaycana getməyə hazır olduğunu deyib


 

Simonyan dəvət olunarsa, Azərbaycana getməyə<b style="color:red"> hazır olduğunu deyib</b>

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan dəvət dəvət olacağı təqdirdə, münasib vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

525.az xəbər verir ki, bu barədə parlamentin spikeri jurnalistlərə deyib. 

“Həmçinin azərbaycanlı həmkarımı İrəvana səfərə dəvət edirəm. Mənim üçün sülhün meyarı uşaqlarımızın həyatı, eləcə də bir-birimizə qarşı siyasi və aqressiv bəyanatların olmamasıdır”, - Simonyan əlavə edib.

Pərvanə Sultanova

 





06.05.2026    çap et  çap et