525.Az

Bəzi yerlərə intensiv yağış, Şahdağa və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA


 

Bəzi yerlərə intensiv yağış, Şahdağa və Daşkəsənə qar yağır - <b style="color:red"> FAKTİKİ HAVA</b>

Azərbaycanda hazırda bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında qeyd edilib.

Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

 





06.05.2026    çap et  çap et