İran bütün cəbhələrdə atəşkəs də daxil olmaqla ABŞ-a öz şərtlərini irəli sürüb.
525.az xəbər verir ki, bu barədə "Əl-Mayadeen" kanalı məlumat yayıb.
Qeyd olunub ki, Pakistan tərəfi vasitəçilik etmək üçün səylərini davam etdirir.
"Tehran şərtlərini irəli sürüb və atəşkəsin bütün cəbhələri əhatə etməli olduğunu hesab edir. İndi top Vaşinqtonun meydanındadır", - məlumatda vurğulanıb.
Pərvanə Sultanova
çap et