525.Az

Azərbaycan və Serbiyanın NATO-dakı nümayəndələri ikitərəfli əməkdaşlığı müzakirə ediblər


 

Azərbaycan və Serbiyanın NATO-dakı nümayəndələri ikitərəfli əməkdaşlığı müzakirə ediblər<b style="color:red"></b>

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Serbiyanın alyansdakı nümayəndəliyinin rəhbəri Branimir Filipoviç ilə ikitərəfli münasibətləri müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Paylaşımda tərəflərin NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı və regionda mövcud vəziyyəti müzakirə etdikləri qeyd olunub.

 





06.05.2026    çap et  çap et