525.Az

DYP: Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə radarlarla intensiv nəzarət olunur


 

DYP: Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə radarlarla intensiv nəzarət olunur<b style="color:red"></b>

Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.

525.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", idarənin məlumatında deyilir.

 





06.05.2026    çap et  çap et