525.Az

Uqandada ildırım 3 uşağı öldürdü


 

Uqandada ildırım 3 uşağı öldürdü<b style="color:red"></b>

Uqandada ildırım 3 qız uşağının həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Kahama kəndində baş verib.

İldırım kənddəki evlərin birinə düşüb. Bu zaman evdə 13 yaşlı iki və 4 yaşlı bir qız uşağı olub. Onların hər üçü dərhal keçiniblər. Mütəxəssislərin sözlərinə görə, qızların xilas olunmaq şansları sıfıra bərabərmiş.

Qeyd edək ki, dünyada hər il ildırım vurması nəticəsində orta hesabla 2 mindən çox insan həyatını itirir.

L.Tağıyeva

 





07.05.2026    çap et  çap et