525.Az

Belçikada fermada yanğın, 3 min donuz məhv oldu


 

Belçikada fermada yanğın, 3 min donuz məhv oldu<b style="color:red"></b>

Flandriya bölgəsində donuzların saxlandığı fermada güclü yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay dünən günorta saatlarında yaşanıb.

Alov fermanı demək olar ki, tamamilə külə döndərib. Hadisə yerinə gələn 10-dan çox yanğınsöndürmə briqadası heç nəyi qoruya bilməyib. 

Qeyd edək ki, ferma sahibinin bildirdiyinə görə, 3 min civarında donuz diri-diri yanıb.

L.Tağıyeva

 





07.05.2026    çap et  çap et