525.Az

Bakının Rəşid Behbudov küçəsinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq


 

Bakının Rəşid Behbudov küçəsinin bir hissəsində hərəkət tam <b style="color:red">məhdudlaşdırılacaq</b>

Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, qeyd olunanlarla əlaqədar, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

 





07.05.2026    çap et  çap et