525.Az

Böyük Britaniya Avropa Oyunlarına 240 nəfərlə gəlir


 

Böyük Britaniya Avropa Oyunlarına 240 nəfərlə gəlir<b style="color:red"></b> Böyük Britaniya iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına gələcək təmsilçilərinin sayını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Birləşmiş Krallıq Azərbaycan paytaxtına 240 nəfərlik heyətlə gələcək.
 
Bunlardan 160-ı idmançılardı. Onlar Bakı-2015-də keçiriləcək 20 idman növündən 18-də təmsil olunacaqlar.
 
Komandanın şef de-missionu Mark Enqlandin sözlərinə görə, Avropa Oyunlarına gələcək idmançılarının sayı 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarına yollanan komanda ilə müqayisədə 3 dəfə çoxdu.
 
O, həmçinin bildirib ki, yarışa ciddi hazırlaşırlar və hazırda idman növləri üzrə baş məşqçilər əsas namizədləri seçirlər: “Bu Oyunların gələcəyinə inanıram. Fikrimcə, qarşıdakı illərdə daha da inkişaf edəcək. Bu səbəbdən də Azərbaycana geniş heyətlə yollanmağı planlaşdırırıq. Avropa Oyunlarına gedəcək 160 idmançı 5 min nəfər arasından seçiləcək”.
 
Qeyd edək ki, ada ölkəsindən öncə Bolqarıstan Bakı-2015-ə 109 idmançı ilə gələcəyini açıqlamışdı. Rumıniya yığması isə nümayəndə heyəti ilə birlikdə 200 nəfər olacaq.
 





26.02.2015    çap et  çap et