525.Az

BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək


 

BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək<b style="color:red"></b>

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) BƏƏ nümayəndə heyətinə ölkənin energetika naziri Süheyl əl-Məzrui rəhbərlik edəcək.

525.az xəbər verir ki, bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.

"Energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui Bakıda keçiriləcək WUF13-də iştirak edəcək", - diplomatik missiyadan qeyd edilib.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

 





07.05.2026    çap et  çap et